ABŞ-da onlayn-alış dronlar vasitəsilə olacaq


ABŞ hakimiyyəti kommersiya dronlarının yaxın aylar ərzində istismara verilməsinin tətbiqi imkanını nəzərdən keçirir. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, dronlar “Amazon” onlayn-mağazasının və digər internet-riteyllərin bağlamalarının çatdırılması üçün istifadə olunacaq. Kommersiya dronlarının sınaqdan keçirilməsi 2013-cü ildən bəri Ağ evlə razılaşdırılır. Ancaq Federal Mülki Aviasiya İdarəsi hər dəfə təşəbbüsün əleyhinə çıxış edir. Bu dəfə isə İdarənin Pilotsuz uçuş aparatlarının inteqrasiyası şöbəsinindirektoru Erla Lourens bildirib ki, çatdırılma üçün dronlardan istifadə yaxın gələcəyin məsələsidir. Hazırda yüklərin çatdırılması üçün kommersiya uçan aparatları Avstraliya, Böyük Britaniya və Sinqapurda həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top