ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

QƏRİBƏ DÜNYA

132 il əvvəl suya atılmış şüşə məktub tapıldı

06.03.2018 15:15

Dünyanın ən qədim şüşə məktubu Avstraliya sahilində iki gənc tərəfindən tapılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, içində məktub olan bu içki şüşəsi 132 il əvvəl Hind okeanına bir alman gəmisindən atılıb.

Dünyanın ən qədim şüşə məktubu Avstraliyaya aid adadan tapılıb.

İçərisində məktub olan şüşəni İllman cütlüyü tapıb.

Cütlük şüşənin əvvəlcə okeandan çıxan zibil olduğunu düşünüb.

Amma şüşənin üstündəki yazı onlara maraqlı gəlib.

Araşdırmadan sonra məlum olub ki, məktub alman dilində və 12 iyun 1886-cı ildə yazılıb.

Məktubda şüşəni tapan şəxsdən məktubu tapdığı yerin kordinatları ilə həmin günün tarixini yazmağı və geri göndərməyi xahiş olunub.

Məktubun tarixi Avstraliyanın Qərb müzeyi tərəfindən rəsmi olaraq təsdiqlənib.

Həmin müzeyin əməkdaşı Ross Andersonun araşdırmasına görə, şüşə məktub “Paula” adlı alman gəmisi 12 iyun 1886-cı ildə Hind okeanından keçərkən suya atılıb.

Qeyd edək ki, 132 illik şüşə məktubun tapılmasına qədər, ən qədimi 1934-cü ildə Danimarka sahilində tapılmış şüşə məktub idi.

Səbinə Namazova

Oxundu 921