bakida-en-tehlukeli-surusme-erazileri

Bakıda ən təhlükəli sürüşmə ƏRAZİLƏRİ

abs-jurnalistin-qetlinde-sahzade-mehemmedden-subhelenir

ABŞ jurnalistin qətlində şahzadə Məhəmməddən şübhələnir

azerbaycanda-psixi-xestelerin-sayi-artib-statistika

Azərbaycanda psixi xəstələrin sayı ARTIB - STATİSTİKA

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

İNCƏ SƏNƏT

Holivud ulduzunun “Oskar” mükafatı oğurlandı

05.03.2018 22:41

ABŞ-da keçirilən “Oskar” mükafatlandırma mərasimindən sonra Amerikalı aktrisa Frensis Makdormandın mükafatı oğurlanıb.

Bu barədə NME məlumat yayıb.

Məlumatda qeyd olunur ki, aktrisa dostları ilə söhbətləşmək üçün heykəlciyi bir kənara qoyduqdan sonra, naməlum kişi onu götürərək aradan çıxıb.

Makdormandın küçənin ortasında oğurlanmış heykəlciyə görə göz yaşı tökməsi jurnalistlərin diqqətindən yayınmayıb.

Daha sonra cinayətkar tədbirin fotoqrafı tərəfindən saxlanılıb. Heykəlcik aktrisaya qaytarılıb.

Makdormand mərhəmət göstərərək, kişidən polisə şikayət etməyib və onun sərbəst buraxılmasını istəyib.

Qeyd edək ki, Makdormand “Ebbinq, Mussuri sərhədində 3 bilbord” filmində oynadığı baş rola görə “Oskar” mükafatına layiq görülüb. Mərasimdə heykəlciyi ona Cenifer Lourens təqdim edib.

Sosial şəbəkələrdə mükafatlandırma mərasimindən sonra Lourensin içkili vəziyyətdə olduğunu və tanımadığı insanları qucaqlamasını əks etdirən fotoşəkillər yayılıb. oxu.az

Oxundu 961