Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

Rəsulzadənin baxımsız qalan, uçub dağılan büstü - VİDEO

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

İNCƏ SƏNƏT

Nazirlikdən Tahir Əkbərin məzarının dəyişdirilməsinə - Reaksiya

05.03.2018 13:52

Mədəniyyət və Turizm Nazirliyi mərhum bəstəkar Tahir Əkbərin meyitinin qəbirdən çıxarılıb atasının məzarında dəfn olunmasına aydınlıq gətirib. Naziriyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, nazirlik mərhumun dəfn və vida mərasimini təşkil edib: "Təzə Pir məscidində vida mərasimi keçirildi və nazir Əbülfəs Qarayev ailənin yaxınlarına başsağlığı verib. Nazirlik dəfnlə əlaqədar Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edib və onlar da müvafiq yer ayırıb. Bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı əsasında olub”.

Qeyd edək ki, Tahir Əkbər martın 2-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunub. Ancaq mərhumun ailəsi ayırılan yerdən razı qalmadığından, Tahir Əkbərin meyitini məzardan çıxararaq atasının qəbrində dəfn edib. AzNews.az

Oxundu 726