azerbaycanda-psixi-xestelerin-sayi-artib-statistika

Azərbaycanda psixi xəstələrin sayı ARTIB - STATİSTİKA

kocaryan-partiya-qurur-ve-muxalifete-kecir

Koçaryan partiya qurur və müxalifətə keçir

bu-sexs-evlere-girib-ogurluq-edirmis-fotolar

Bu şəxs evlərə girib oğurluq edirmiş - FOTOLAR

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

İNCƏ SƏNƏT

“Nazirlik xalq artistini qamışlıqda dəfn edib” - Ailəsindən sərt ittiham

05.03.2018 11:48

Xəbər verdiyimiz kimi, martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin məzarı dəyişdirilib. Sənətkarın nəşi anası Samaya Əkbərovanın məzarının yanına köçürülüb. İddia olunur ki, Mədəniyyət və Turizm Nazirliyi mərhumun "Qurd qapısı"nda dəfn olunacağı barədə ailəsinə məlumat verib. Lakin Tahir Əkbər başqa bir məzarlıqda torpağa tapşırılıb. Bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərlə əlaqə saxlayıb. O, yayılan məlumatları təsdiq edərək mərhumun məzarının dəyişdirildiyini qeyd edib:

“Mən bir bəstəkar xanımı kimi Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişdim. Sağ olsunlar, kömək etdilər. Amma Tahir müəllimi Qurd qapısında deyil, layiqsiz yerdə gördüyümə görə onun məzarını dəyişdirdim. Çünki həmişə zarafatyana deyərdi ki, məni xidmətlərimə görə, 2-ci Fəxri Xiyabanda dəfn edərlər.

Onun Azərbaycan incəsənətinə xidmətini danmaq olmaz. Mən öz qərarımı dəfn mərasimində verdim. Vəssalam. Səhər durub öz borcumu yerinə yetirdim. Nazirlikdən mənə deyilmişdi ki, Badamdarda basdırılacaq. Bilməmişdim ki, bir qamışlıqda, boş ərazidə tək onu dəfn edəcəklər. Əlavə bir şərhə ehtiyac varmı? Hamısı göz qabağındadır”. Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmayıb.Qafqazinfo

Oxundu 3618