Azərbaycan idmançıları Avrasiya kubokunda qızıl medallar qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə WK-1 idman növü üzrə Avrasiya çempionatında həvəskar idmançıların yarışı keçirilib. Azərbaycanın dörd idmançısı bu yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avrasiya kubokunun sahibi olublar. Yeniyetmə idmançımız Fəhmin İdrisov 31 kiloqram (kq) çəki dərəcəsində Gürcüstan, Qazaxıstan və Türkiyədən olan rəqiblərinə qalib gəlib. Gənclər arasında 40 kq çəki dərəcəsində mübarizə aparan Elvin Əsədullayev isə Gürcüstan və Türkiyədən olan həmyaşıdlarını mübarizədən kənarlaşdıraraq kuboka sahib olub. Daha bir gənc idmançımız Cabir Dünyamalıyev 48 kq çəkidə mübarizədə Gürcüstan, Türkiyə və Qazaxıstandan olan həvəskar idmançılar üzərində parlaq qələbə qazanıb. Peşəkar idmançımız Murad Babayev bu çempionatda gücünü həm də həvəskarlar sırasında sınayıb. Öz çəkisi 71 kq olan idmançı Gürcüstandan olan iki ağır çəkili (85) idmançılara qalib gəlib. Beləliklə, Azərbaycan idmançıları bu çempionatda həvəskarlar səviyyəsində dörd qızıl medal qazanıblar. Qeyd edək ki, Murad Babayev bu gün həm də peşəkarlarla mübarizə aparacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top