Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Hadisəni törədən bizim əməkdaş deyil - "Araz market"dən açıqlama

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Qripdən qorunmaq üçün nə etməli - Rusiyalı həkimdən məsləhət

25.02.2018 18:24

Hazırda ölkədə tüğyan edən qrip və ya paraqrip və ya hələ də növü bəlli olmayan respirator xəstəliklərdən qorunmaq çətin olsa da bu üsulları mütləq etmək lazımdır.

Azərbaycan həkimləri bu mövzu barədə sussa da, Rusiyada yayılmış virusla bağlı rusiyalı həkimlər kifayət qədər aktivdir.

Moskvanın tanınmış pediatrı Yevgeniy Timakovun qripin profilaktikası ilə bağlı maraqlı məsləhəti: "Qrip üçün ən yaxşı profilaktika evin küləklənməsi, havalandırılmasıdır. Virusun evdən uçması üçün bu vacibdir. Soyuq olacağından qorxmayın. Evdə qripli adam varsa, o mütləq maska taxmalı, 2 saatdan bir maskanı yeniləməli, işlənmiş maska evdən kənara çıxarılmalıdır. Adam çox olan yerlərdə buruna interferonlu maz çəkilməlidir. Özü də çox, tez-tez çəkmək lazımdır. Bu viruslara qarşı baryer rolunu oynayır. Evə qayıdanda isə burunu duzlu su ilə yumaq lazımdır. Bir də satışda allergik insanlar üçün xüsusi burun filtrləri satırlar. Onlar viruslara qarşı da effektivdir. Bu filtri burun pərinin içərisinə yapışdırıb, yola çıxırsız". Medicina.az

Oxundu 1127