Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Yol polisi texniki baxış talonlarının satılmasından xəbərsizdir?

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

DÜNYA

İran Suriyada atəşkəs elan edilməsinə qarşı çıxıb

25.02.2018 14:37

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: "Dəməşqin ətrafındakı bölgələrin terrorçulardan təmizlənməsi davam edəcək". İran BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə Suriyada 30 günlük atəşkəs elan edilməsinə qarşı çıxıb. "Tasnim" agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakiri bu gün bildirib ki, keçmişdə olduğu kimi bu dəfə də Suriyada sabitliyi istəməyənlər Suriya ordusu və dövlətinin Dəməşqin ətrafını terrorçulardan təmizləmək istədiyini görən zaman terrorçuları qorumaq üçün atəşkəsin elan olunmasını istəyiblər. M. Bakiri deyib ki, Suriya ordusu indiyə qədər Dəməşqə 1200 raket atan terrorçuları torpağından çıxarmaq istəyir və Suriya ordusu təhlükəsizliyi təmin etmək üçün terrorçuları təmizləməkdə qərarlıdır: "Qərb cəbhəsinin və terrorçuları dəstəkləyənlərin israrı ilə bu atəşkəs elan edilib. Suriya və Suriyanın dostları olan Rusiya və İranın əməkdaşlığı ilə bu qətnamədə qarşı tərəfindən istəkləri azaldılıb. Amma "Nusra cəbhəsi" kimi terrorçu qruplaşmalara qarşı savaş davam edəcək. İndi bəzi bölgələrdə xalqın təhlükəsizliyi üçün atəşkəsi təmin edirik, amma bu, terrorçuların həyatlarını xilas edəcəkləri anlamına gəlməz. Qarşıdakı bir neçə ay ərzində Suriya torpaqlarının hamısı terrorçulardan təmizlənəcək. Bir və Suriya atəşkəsə sadiq qalacağıq, amma Dəməşqin ətrafında terrorçuların nəzarətində olan bölgələr bu atəşkəsin əhatə dairəsinə daxil deyil. O bölgələrin terrorçulardan təmizlənməsi davam edəcək".

Qeyd edək ki, Dəməşq ətrafındakı Şərqi Qutanın Suriya ordusu tərəfindən bombalanması və çoxlu sayda qadın və uşğanı ölümü dünya ictimaiyyətində ciddi narahatlıq doğurub. Fevralın 24-də BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib. Sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir. APA

Oxundu 341