Afrində Türkiyə ordusunun əsgəri şəhid olub

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı daha bir türk əsgəri şəhid olub. Bu barədə bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Türkiyə ordusunun əsgəri fevralın 24-də şəhid olub. Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 33 nəfərə çatıb. Bu günə qədər əməliyyat zamanı 2018 PYD/YPG terrorçusu zərərsizləşdirilib.APA

DİGƏR XƏBƏRLƏR

Top