“Ukraynaya qayıtmağa hazıram” - Saakaşvili

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazır olduğunu bildirib. Bu barədə Saakaşvili “Facebook” hesabında yazıb. “Mən Ukraynaya qayıtmağa və istintaq tədbirlərində iştirak etməyə hazıram”,- deyə M. Saakaşvili vurğulayıb. Qeyd edək ki, ötən həftənin əvvəlində Mixail Saakaşvili Ukraynadan Polşaya deportasiya edilib. Daha sonra siyasətçi Niderlanda gedib. O, burada Avropa Birliyində yaşama və işləmə icazəsi verən sənədi alıb. Saakaşvili Kiyevin atdığı addımı qanunsuz hesab etdiyini və geri qayıtmağın yolunu tapacağını bildirib.Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top