Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Agentlikdən qarpızla bağlı XƏBƏRDARLIQ

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Körpələrin sağlamlığı onun döşəyindən asılıdır

25.02.2018 11:09

Uşağın beli və bədəninin düzgün formalaşması yatdığı döşəkdən asılıdır.

Körpələr üçün düzgün və sağlam yataq necə olmalıdır?

Ailə yeni doğulacaq körpənin gəlişinə sevinclə hazırlaşır. Uşaq üçün bahalı beşik, kolyaska, oyuncaqlar - hər şey alınır. Qədimdə nənələr körpə üçün xüsusi yorğan-döşək, balış tutardılar. Onun yunu, tükü təzə, yumşaq, təmiz olmalıydı. Amma indi uşaq üçün hər şey alınır, bahalı çarpayı seçilir. Lakin bir çox hallarda uşağın üzərində yatacağı döşək və balış ən ucuzu, ən zərərlisi olur. Çünki valideynlər yeni doğulmuş uşağa hər şeydən çox ortopetik yatağın vacibliyini bilmirlər. Ona görə də uşaqlar körpəlikdən narahat yatır, beli, onurğası əyilir, skolioz yaranır, allergiya ilə üz-üzə qalır.

Gününün yarıdan çoxunu yatmaqla keçirən körpənin yatağı ən ideal, düzgün və beynəlxalq standartlara uyğun olmalıdır. Uşaq böyüklər kimi yun döşəkdə, nahamar yerdə, toyuq tükündən iri yastıqda yata bilməz. Körpənin hələ formalaşmamış sümük, onurğa və daxili orqanlarının düzgün yer alması üçün hər bir valideyn övladına doğulandan rahat yataq təşkil etməlidir.

Mütəxəssislər bildirir ki, 3 yaşına kimi körpələr içi natural materialla doldurulmuş bərk döşəkdə yatmalıdır. Çünki böyüklərdən fərqli olaraq yeni doğulmuş S-vari formaya yox, düz onurğaya, yumşaq sümük və əzələlərə malikdir.

3 yaşından 7 yaşa kimi uşaqlar üçünsə orta bərklikdə döşək lazımdır.

Həmçinin uşaq matraslarında metal detallar olmamalıdır. Çünki metal elektrostatik və maqnit təsir göstərir ki, bu da uşaq orqanizminə zərərlidir.

Körpələr üçün natural lateks və visko materialdan döşəklər ən uyğunudur.

Uşaq döşəyi aşağıdakı üstünlüklərə malik olmalıdır:

- Ventilyasiya - hava almalı

- Hipoallergen

- Ortopedik

- Düzgün ölçü

- Mikrobəleyhinə

- Keyfiyyətli üzlük

- Sərtlik

- Toz və bakteriya saxlamamalı

Uşağın boyun və başının formasını düzgün alan balış da yataqda ikinci vacib əşyadır. Körpə uşağa balış tələb olunmmur. Körpənin başının altına bir neçə dəfə qatlanmış bələk qoymaq olar. Daha sonra isə uşağa onun çiyini enində içində sintepon və ya daha yaxşı xollofayberdən olan yastıq vermək olar. Medicina.az

Oxundu 601