İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb

İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb. RİA "Novosti" xəbər verir ki, bu barədə yerli fövqəladə hallar nazirliyinə istinadən "Sinxua" agentliyi məlumat yayıb. Regionda təbii fəlakət bir neçə gün öncə baş verib, şənbə günü hökumət orqanları axtarış əməliyyatlarını bərpa ediblər. Ölənlərin əksəriyyəti Brebes və Purbalinq dairələrində qeydə alınıb.Report

DİGƏR XƏBƏRLƏR

Top