Polis üç ay qabaq itkin düşmüş qızı tapıb ailəsinə qaytardı

Qusarda itkin düşən şəxs tapılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Abşeron rayon Xırdalan şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib. İstiPress

DİGƏR XƏBƏRLƏR

Top