Pakistanda oyuncaq silahlar qadağan edildi

Pakistanın 4 əyalətindən biri olan Sind əyalətinin hakimiyyəti oyuncaq avtomat və tapançaları qadağan edib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, əyalətin bütün ərazisində oyuncaq avtomatların və tapançaların istehsalı, satışı, alışı, istifadəsi və nümayişinə qadağa gətirilib. Polis Daxili işlər departamentinə xahişlə müraciət etdikdən sonra bu qərar alınıb. Polis öz xahişini onunla əsaslandırıb ki, oyuncaq silah küçə cinayətlərinin törədilməsi zamanı istifadə edilə bilər. Bundan başqa, polisin məktubunda deyilir ki, uşaqların oyuncaq silahdan istifadə etməsi ciddi travmalara səbəb olur, eləcə də uşaqların şüuruna mənfi təsir göstərir.

DİGƏR XƏBƏRLƏR

Top