Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Bu icra başçıları və nazirlər bir vaxtlar müəllim işləyiblər - SİYAHI

24.02.2018 16:53

Hazırda nazir və icra hakimiyyəti başçısı vəzifəsində çalışanlar arasında bir vaxtlar orta məktəb və universitetlərdə dərs deyən, müəllimlik edənlər az deyil. Əksər insanlar bu barədə xəbərsizdirlər. Yeniavaz.com saytı müəllim işləmiş nazir və icra başçıları barədə məlumatları təqdim edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.

Kənd Təsərrüfatı naziri Heydər Əsədov 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim işləyib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1977-ci ildən 189 saylı orta məktəbdə müəllim fəaliyyətinə başlayıb, paralel olaraq Bakı Dövlət Universitetində siyasi tarix fənnini tədris edib. 1988-1993-cü illər ərzində Bakı Dövlət Universitetinin siyasi tarix kafedrasında müəllim, baş müəllim və kafedra dosenti vəzifəsində işləyib. 2000-2006-cı illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinin dekan müavini olub.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev 1987-ci ilin avqust ayından 1990-cı ilin sentyabr ayınadək Mingəçevir şəhər 7 saylı orta məktəbdə müəllim, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin sentyabr ayınadək Mingəçevir şəhər 12 saylı orta məktəbdə direktor müavini, 1991-ci ilin sentyabr ayından 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləyib.

Lütvəli Babayev 1997-ci ilin mart ayından 1999-cu ilin iyul ayınadək San-Marino BEA-nın Mingəçevir filialında müəllim, təcrübə rəhbəri vəzifəsində çalışıb.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov Göygöl rayonu "Məhsul" İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləyib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 1982-ci ilin 10 sentyabr tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Maliyyə-Kredit kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib, kafedranın dosenti seçilib və 1988-ci ilin iyul ayının 8-ə qədər qeyd olunan vəzifələrdə işləyib. 1988-ci ilin iyul ayının 8-dən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru vəzifəsinə təsdiq olunaraq 1992-ci ilə qədər bu işdə çalışıb, texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar 1992-ci ilin aprel ayının 8-dən 1999-cu ilin iyul ayının 27-dək kollecin direktoru vəzifəsində işləyib.

Bir müddət Azərbaycan Dövlət İqtisad İnstitutunun prorektoru vəzifəsində çalışıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov 1978-ci ildən 1981-ci ilədək Ağacanlı kənd 8 illik məktəbində müəllim işləyib.

Nicat

Oxundu 1826