Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

DÜNYA

Dünyanın ən hündür göydələni tikiləcək - 1 kilometr - FOTOLAR

24.02.2018 14:27

Səudiyyə Ərəbistanda hündürlüyü 1 kilometrə çatan göydələn inşa ediləcək.

Yeniavaz.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, binanın inşası başa çatdıqdan sonra, o, dünyanın ən hündür göydələni ünvanını əldə edəcək.

Ciddə şəhərində ucaldılacaq qüllə üçün 1,2 milyard dollar vəsait ayrılıb. Layihənin ümumi dəyəri 2,2 milyard dollar həcmində qiymətləndirilir.

Göydələnin 2020-ci ildə tikilib qurtarılması planlaşdırılır. Binanın inşası zamanı 80 ton poladdan istifadə ediləcək.

Göydələndə 56 lift olacaq. Dünyanın ən uzun binasından (Dubaydakı Bürc Xəlifə - 829,8 metr) 170 metr daha hündür olacaq Ciddə qülləsi bu sahədə rekord əldə edəcək.

Bu arada Ciddə binasının animasiya görüntüləri yayılıb.

​​

Oxundu 967