Ən çox borcu olan ölkələr, həm də ən varlı ölkələrdir

Hazırda dünyada ən çox xarici borcu olan ölkələrinin başında dünyanın ən böyük iqtisadiyyata malik olan ölkələri gəlir.

Yeniavaz.com-un Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi nüfuzlu təşkliatların açıqladığı məlumatlara istinadən verdiyi məlumata görə, xarici borcun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbətinə görə ilk sırada dünyanın ən varlı ölkələrindən olan Yaponiya dayanır. 4,9 trilyon dollar ÜDM-yə sahib olan Yaponiyanın xarici dövlət borcu bundan 2,5 dəfə çoxdur. ABŞ-ın xarici dövlət borcu bu ölkənin ÜDM-dən daha çoxdur. 18,6 trilyon dollar ÜDM-yə sahib olan ABŞ-ın xarici borcu bundan 5,9% artıqdır. 1,2 trilyon ÜDM-si olan İspaniyanın təxminən bu qədər də xarici borcu var. Bunlardan başqa Fransa, İordaniya, Kanada, Böyük Biritaniya kimi ölkələrdə ən çox xarici borcu olan ölkələr sırasında yer alıblar.

Maraqlı məqam odur ki, xarici borcu az olan ölkərin ilk sırasında əsasən dünyanın ən kasıb ölkələri qərarlaşıblar. Cəmi 19 milyard ÜDM-yə sahib olan Əfqanıstanın xarici borcu ÜDM-nin cəmi 8,3%-i səviyyəsindədir. Xaric borcu az olan ölkələrin arasında Özbəkistan, Liviya, Nigeriya, Fələstin, Kosova, Kuba kimi ölkələr yer almaqdadır.

Məlumat üçün qeyd edək ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 9 milyard 398.3 milyon dollar (15 milyard 978,1 milyon manat) olub. Maliyyə Nazirliyindən açıqlanan məlumatlara görə xarici dövlət borcunun ÜDM-yə (41 milyard dollar) olan nisbəti 22,8% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top