Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Agentlikdən qarpızla bağlı XƏBƏRDARLIQ

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

GÜNDƏM

Azərbaycanda gün ərzində 103 cinayət baş verib

24.02.2018 10:20

Daxili İşlər Nazirliyi fevralın 23-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 6-nın açılması təmin olunub. Axtarışda olduğuna görə 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb. APA

Oxundu 281