Xətaidə "yaşıl terror": ağacları kəsib, yerində obyekt tikirlər (VİDEO)

Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Azərbaycan, Türkiyə, Rusiya və İranda internetdə ən çox axtarılan sözlər? - Son bir ayda

23.02.2018 17:28

Bildiyimiz kimi, "Google" hazırda dünyanın ən böyük axtarış sistemi hesab olunur. İnternet üzərindən həyata keçirilən axtarışların böyük əksəriyyəti "google.com" saytı üzərindən həyata keçirilir. "Google.com" eyni zamanda dünyada internet istifadəçilərin ən çox daxil olduğu sayt hesab edilir. Yeniavaz.com xəbər verir ki, hazırda Azərbaycanda da internet istifadəçilərinin ən çox daxil olduğu sayt "google.az"dır. "Google.com" saytı isə Azərbaycanda ən çox daxil olunan 3-cü sayt (2-ci sırada "youtube.com") hesab olunur. Belə olan halda da internet istifadəçiləri hər gün "Google" axtarış sistemi üzərindən minlərlə, milyonlarla məlumat axtarırlar. Maraqlıdır, bəs görəsən, Azərbaycanda və qonşu ölkələrdə internet istifadəçiləri ən çox hansı məlumatları tapmaq istəyirlər? Yeniavaz.com "google"yə istinadən son bir ay ərzində Azərbaycan və qonşu ölkələrdə - Türkiyə, Rusiya və İranda ən çox axtarılan 5 məlumatı təqdim edirik:

Azərbaycan

1. sevgililer gunu

2. oglan sekilleri

3. 14 fevral

4. vor zakon

5. facebook

İran

1. سقوط هواپیمای یاسوج (Yəsuc təyyarə qəzası)

2. ولنتاین مبارک (Xoşbəxt Valentin)

3. درگیری دراویش گنابادی ( Dərviş Qonabadi qarşıdurması)

4. فوت آیت الله خامنه ای (Ayətullah Xameneinin ölümü)

5. تصادف مهدی قائدی (Mehdi Qədirinin qəzası)

İranda "google" üzərindən aparılan axtarışlara baxdığımız zaman açıq şəkildə görünür ki, bu ölkədə əsasən 5 gün əvvəl baş verən və 66 nəfərin öldüyü təyyarə qəzası (Tehran-Yəsuc aviareysi), həmçinin 3 gün əvvəl Qonabadi şəhərində baş verən hadisələrlə bağlı məlumatlar axtarılıb.

Türkiyə

1. irem helvacıoğlu

2. sen anlat karadeniz

3. e devlet soy ağacı

4. la casa de papel ("Kağız ev" filmi)

5. öykü gürman

Son bir ayda Türkiyədə ən çox axtarılan sözlər arasında ilk 16-cı yerdə "çarpım tablosu" da ("vurma cədvəli") yer alıb.

Rusiya

1. прощеное воскресенье (Kilsələrdə işlədilən dini ifadə)

2. с днем святого валентина (Müqəddəs valentin günü)

3. масленица (karnaval)

4. 23 февраля (23 fevral)

5. татьянин день (Rusiyada tələb günü kimi qeyd olunur)

Oxundu 960