Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Yol polisi texniki baxış talonlarının satılmasından xəbərsizdir?

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Gecələr evdə drel işlədən qonşunu necə durdurmalı... - ÇIXIŞ YOLU VAR

23.02.2018 09:42

Əksəriyyət ətraf mühitin "səs basqısı"na məruz qalır.

Mütəxəssislərə görə, daimi müxtəlif səslərə məruz qalan insanın psixologiyası pozulmaqla yanaşı, digər fizioloji problemlər də yarana bilər.

Xüsusilə bu istiqamətdə qonşularından şikayət edənlər çoxdur.

Belə ki, qonşuluqda gedən təmir işləri istər-istəməz narahatlığa səbəb olur. Bu səs-küy axşam çağlarında - saat 18:00-dan sonra yaranarsa, vəziyyət daha da kritikləşir.
Məsələn, axşam saat 20:00-dan qonşu evdə drel işlədilirsə, onun səs-küyündən narahat olan digər qonşu nə etməlidir?

Belə hallar üçün qanunvericiliyə görə hər hansı məsuliyyət nəzərdə tutulubmu?

Məsələ ilə bağlı hüquqşünas Anar Ramazanov deyib ki, ümumiyyətlə,bu kimi məsələlər, yəni qonşuluqdakı evin daxili təmiri, tikintisi, dizaynın dəyişilməsinə qanunvericilik imkan verir:

“Lakin müəyyən vaxtdan sonra bu kimi işlərin aparılması əgər qonşuları narahat edirsə, o halda narahat olan qonşunun şikayəti üzrə səlahiyyətli orqan həmin şəxsləri cərimələyə bilər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” adlı maddə var. Bu maddədə qeyd edilib ki, “Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər saat 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görəfiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir”.


Hüquqşünas qeyd edib ki, bundan əlavə Mülki Məcəlləyə görə, “qonşu təsirinə dözmək” deyilən hüquqi maddə var:


“Yəni hər bir qonşu qonşuluqda olan ərazidən, binadan, mənzildən gələn səs-küy, toz və bu kimi müəyyən hallara dözməlidir. Daha dəqiq desək, qonşuluq hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170-ci maddəsi ilə tənzimlənir.Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin təsirini öz sahəsinə qadağan edə bilməz. Belə hallar ciddi narahatlıq deyilsə və yaxud müvəqqəti xarakter daşıyırsa, qonşunun təsirinə dözmək vəzifəsi var. Əgər narahatlıq qonşunun əhəmiyyətli dərəcədə hüququnu pozursa, ona maddi və mənəvi zərər vurursa, qonşu məhkəmə qaydasında dəyən zərəri tələb etmək hüququna malikdir.

Ümumi olaraq qanunvericiliyə görə, evində təmir işləri apara bilərsən, səs-küy də sala bilərsən, amma bunu günorta saatlarında etmək şərtilə”. Modern.az

Oxundu 613