Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Agentlikdən qarpızla bağlı XƏBƏRDARLIQ

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Spirtli içkinin yeni təhlükəsi AŞKARLANDI - 20 il ÖMRÜ azaldır

23.02.2018 09:30

Kanadanın Psixiki Sağlamlıq Tədqiqat İnstitutunun alimləri mütəmadi spirtli içki qəbulunun insanlarda hər növ demensiyanın inkişafı riskini artırdığını ortaya çıxarıb.

Bu barədə “Medical Xpress” məlumat yayıb.

Tədqiqat qrupu Fransada qeydə alınan 60 minə yaxın erkən demensiya halını təhlil edib. Məlum olub ki, xəstəliklərin 57 faizi spirtli içki alüdəçiliyi ilə bağlı olub. Söhbət kişilərin gündəlik olaraq azı 60 qram, qadınların isə 40 qram spirtli içki qəbul etməsindən gedir.

Qeyd olunur ki, qarşılıqlı əlaqə kifayət qədər yüksəkdir və xroniki alkoqolizm gənc yaşda demensiya formalaşmasının əsas səbəblərindəndir.

Alimlərin sözlərinə görə, spirtli içkinin mütəmadi olaraq qəbulu insan ömrünü azı 20 il azaldır.

Belə ki, demensiyadan əziyyət çəkən xəstələr arasında ölüm halları yüksək olur. Kişilərlə müqayisədə demensiyaya daha çox qadınlar tutulsa da, koqnitiv pozuntuların erkən formalarından daha çox kişilər əziyyət çəkir.

Xroniki alkoqolizm, eyni zamanda, demensiyanın formalaşmasına təsir edən digər faktorlar, məsələn, tütün, qan təzyiqi, diabet, depressiya və eşitmə qabiliyyətinin itirilməsi ilə qarşılıqlı əlaqəlidir. Oxu.az

Oxundu 426