Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

QƏRİBƏ DÜNYA

İsveçli proqramçılar İNANILMAZ ROBOT hazırlayırlar

23.02.2018 09:09

İsveçli proqramçılar ölən şəxslərin elektron nüsxəsi ola biləcək robot hazırlayırlar.

Bu barədə "Dagen" jurnalı yazıb.

Mütəxəssislər əvvəlcə mərhumun yaxınlarının və tanışlarının dəfn mərasiminin təşkili ilə bağlı suallarını cavablandıra biləcək nitq proqramı hazırlamaq istəyiblər. Daha sonra proqramçılar, mərhumun səsi ilə danışan və sadə söhbətlər edə biləcək robot hazırlamaq qərarına gəliblər. Neyron şəbəkə verilən sualları tanıyacaq və ölən şəxsin həyatda ikən işlətdiyi ifadələrdən ibarət bazada ona cavab axtaracaq.

Texniki mütəxəssislər İsveçin "Feniks" dəfn bürosu şəbəkəsi ilə birgə işləyir. Şirkət rəhbəri Şarlotta Runiusun sözlərinə görə, indi büro səsləri lentə köçürüləcək və proqramla işlənib hazırlanacaq 10 könüllü şəxs axtarır. Süni intellekt, bu insanların ölümündən sonra onları təqlid edə biləcək.

Şirkətin sonrakı addımı, ölənlərin vizual nüsxəsi olacaq bir robotun hazırlanmasıdır. Report

Oxundu 557