Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Agentlikdən qarpızla bağlı XƏBƏRDARLIQ

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

GÜNDƏM

Bu terror təşkilatı mövcudluğunu dayandırmaq üçün səsvermə keçirəcək

22.02.2018 17:25

Bask terror təşkilatı olan ETA-nın (“Basklar ölkəsi və azadlıq”) üzvləri qruplaşmanın yekun ləğv edilməsi məsələsini müzakirə edirlər.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu məsələ ETA üzvlərinin ümumi səsverməsinin nəticələri əsasında müəyyənləşəcək.

Səsvermənin yayda keçirilməsi planlaşdırılır. Əgər təşkilatın ləğv edilməsi haqqında qərar qəbul edilsə, o, mövcudluğunu dayandıracaq.

ETA səsvermənin nəticələrindən asılı olmayaraq, öz fəaliyyətindən ölən və xəsarət alanların yaxınlarından üzr istəmək niyyətindədir. Bundan başqa, hələ də üstü açılmayan cinayətlar haqqında məlumatların dərc edilməsi planlaşdırılır.

Xatırladaq ki, ETA ötən ilin aprelində təqribən 2,5 ton odlu silah, hərbi sursat və partlayıcı maddələrin saxlandığı anbarların yerlərini göstərib.

İspaniya Daxili İşlər Nazirliyi hesab edir ki, terrorçular bütün gizli yerlərin üstünü açmayıblar.

Qeyd edək ki, 1959-cu ildə təsis edilən ETA-nın məqsədi İspaniya və Fransada yerləşən baskların kompakt yaşadığı ərazilər üçün müstəqilliyə nail olmaqdır. Terror təşkilatının fəaliyyəti nəticəsində 820-dən çox adam həlak olub. Qruplaşma 2011-ci ildə silahlı mübarizənin dayandırılması haqqında yazsa da, onun üzvlərinin cinayət təqibi davam edir.

Oxundu 292