Britaniyalı nazir: Rusiya ölkə üçün terrorçuluqdan daha böyük təhdiddir

Böyük Britaniya üçün Rusiya, Çin və Şimali Koreya terrorçuluqdan daha böyük təhdiddir.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Baş naziri Qevin Uilyamson deyib.

Onun sözlərinə görə, dövlətlərarası münaqişə təhdidinə qarşı gəlməyə hazır olmaq məqsədilə ölkə Silahlı Qüvvələrinin maliyyələşdirilməsini artırmaq, onun strukturunu dəyişmək lazımdır.

Q. Uilyamson qeyd edib ki, Rusiya və Çin bütün dünyanı qəfil yaxaladı: “Dünyada daha böyük rol oynamağa başlayan yeni ölkələrin peyda olması Britaniya üçün təhlükə törədir”.

DİGƏR XƏBƏRLƏR

Top