Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Azərbaycanda kasıbların sayı dəqiq bilindiyi halda, varlıların sayı niyə bilinmir?

22.02.2018 11:39

Azərbaycan əhalisinin 10,6%-nin və ya 1 milyon 40 min nəfərinin adambaşına düşən gəliri 300 manatdan yüksəkdir. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu statistik göstəricilərə istinadən xəbər verir ki, buraya ayda 300 manat gəliri olan da, 300 min manat gəliri olan da daxil edilib. Bu səbəbdən də əhalinin neçə faizinin varlı olduğunu müəyyən etmək mümkün olmur. Çünki ayda 300-350 manat gəliri olan şəxsi varlı adlandırmaq mümkün deyil. Maraqlıdır ki, Statistika Komitəsi gəlirləri 105-110 manat arasında olanlarla 110-115 manat arasında olanların sayını ayrı-ayrı göstərir. Məsələn, Statistika Komitəsinin açıqladığı hesabatfa qeyd olunur ki, Azərbaycanda 480 min 690 nəfərin gəlirləri yaşayış minimumundan aşağıdır. Ancaq gəlirləri 300 manatdan çox olanların sayı bir yerdə göstərilir. Bu da ölkədə nə qədər varlı insanın olduğunu müəyyən etməyə imkan vermir.

Məlumat üçün bildirək ki, Azərbaycanda varlı insanların sayını təkcə Statistika Komitəsi deyil, eyni zamanda beynəlxalq təşkilatlar da müəyyən edə bilmirlər. Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən hər il dünya üzrə varlı insanların siyahısı açıqlanır. Onların arasında ən məşhuru isə "Forbes" jurnalının hazırladığı hesabatdır. "Forbes"in bugünə kimi açıqladığı "Dünyanın ən varlı insanları" adlı hesabatına bir nəfər də olsun Azərbaycan vətəndaşı daxil olmayıb. Siyahıda yer alan azərbaycanlılar isə Rusiya və Türkiyəni təmsil ediblər. Halbuki Azərbaycanla eyni regionda yerləşən qonşu Gürcüstan və Qazaxıstanın vətəndaşları "Forbes"in siyahısına düşə bilib. Eyni zamanda iqtisadi çətinliklərlə üz-üzə qalan Ukraynanı da bu siyahıda təmsil edən milyarderlər var.

Dünyanın bir çox ölkəsində kimin nə qədər gəlirinin olduğunu onların ödədiyi gəlir və əmlak vergisinə görə müəyyən etmək olur. Azərbaycanda kimin nə qədər gəlir vergisi, kimin nə qədər əmlak vergisi ödədiyi məlum deyil. Nə Statistika Komitəsi, nə də Vergilər Nazirliyi bu barədə məlumat açıqlamır.

Oxundu 288