Ailə başçısı pensiyaçı olan ailələr gəlirlərinin 2/3-ni başqa yerlərdən əldə edirlər

Azərbaycanda ailələr öz gəlirlərini ailə başçısının məşğul olduğu sahədən təmin edə bilmir.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu statistik məlumatlara istinadən bildirir ki, ailə başçısı kənd təsərrüfatı sahəsində məşğul olan ailələrin gəlirində kənd təsərrüfatının payı 45,4% olub. Ailə başçısının kənd təsərrüfatı sahəsində işləməsinə baxmayara bu ailələr gəlirlərinin yarıdan çoxunu digər sahələrdən əldə ediblər. Ailə başçısı pensiyaçı olan ailələrin gəlirlərinin cəmi 36%-ni aldıqları pensiya təşkil edir. Yəni, ailə başçısı pensiyaçı olan ailələr gəlirlərinin 2/3-ni başqa yerlərdən əldə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top