Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Yol polisi texniki baxış talonlarının satılmasından xəbərsizdir?

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

İDMAN

UEFA Çempionlar Liqası - Nəticələr

22.02.2018 09:23

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son cütlüklər meydana çıxıb. Bu dəfə diqqətlər İspaniya və Ukraynaya yönəlib. "Sevilya" ilə "Mançester Yunayted" arasındakı qarşılaşmaya maraq daha böyük olub. Bu, eyni zamanda "Çelsi" - "Barselona" cütlüyündən sonra 1/8 finalda ikinci ingilis-ispan dueli olub. Görüş qolsuz bərabərliklə başa çatıb. Mərhələnin digər görüşü Xarkovda baş tutub. "Qarabağ"ın yer aldığı C qrupunu zirvədə tamamlayan "Roma" "Şaxtyor"un qonağı olub. Oyunda hesabı qonaqlar açıb. Cengiz Ünder Çempionlar Liqasında ilk qolunu vurub. Amma fasilədən sonra toparlanan "Şaxtyor" qələbə qazana bilib. Fred və Ferreyra komandalarına qələbə gətirən qollara imza atıblar.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi (ilk oyunlar)

21 fevral

"Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:0

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya) - 2:1

Qollar: Ferreyra, 52, Fred, 71 - Cengiz Ünder, 41

Apasport

Oxundu 632