Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Hadisəni törədən bizim əməkdaş deyil - "Araz market"dən açıqlama

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Yanvar ayında Türkiyədən mənzil alan azərbaycanlıların sayı AÇIQLANDI

21.02.2018 13:28

Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədən 65 mənzil alıblar. Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2017-ci ilin yanvar ayı ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, ötən ilin yanvar ayında azərbaycanlılar Türkiyədən builkindən 11 mənzil az - 54 mənzil satın alıblar.

Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları ötən ilin yanvar ayı ərzində Türkiyədən ümumilikdə 1760 mənzil satın alıblar. Bu isə 2017-ci ilin yanvar ayı müqayisədə 25,9% və ya 362 mənzil çox olub. Yanvar ayında Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Rusiya, Küveyt, Almaniya, İordaniya, İran, Azərbaycan, Misir, İngiltərə və Yəmən vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin yanvar ayında İraq vətəndaşları Türkiyədən 272, Səudiyyə Ərəbistanı vətəndaşları 160, Əfqanıstan vətəndaşları 124, Rusiya vətəndaşları 121, Küveyt vətəndaşları 108, Almaniya vətəndaşları 89, İordaniya vətəndaşları 84, İran vətəndaşları 83, Misir vətəndaşları 62, İngiltərə vətəndaşları 55, Yəmən vətəndaşlar isə 50 mənzil alıblar.

Oxundu 318