Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Agentlikdən qarpızla bağlı XƏBƏRDARLIQ

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İDMAN

“Strandja” turnirində 2 boksçumuz mübarizəni dayandırıb

21.02.2018 10:26

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir. 69-cu dəfə keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb. Federasiyadan Yeniavaz.com-a verilən məlumata görə, boksçularımızdan Ümid Rüstəmov (56 kq) amerikalı Raymond Fordla üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan çempionu Eldar Quliyev (81 kq) də debütdə məğlubiyyətə üzülüb. O, Mixail Koxançiklə (Qazaxıstan) döyüşdə 1:3 hesabı ilə uduzub. Qeyd edək ki, yarışın üçüncü günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq.

Oxundu 251