Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”

Könül Xasıyeva: "Tək arzum övladım Kazımın toyunu görməkdir"

Günnüt kəndi işğaldan necə azad edildi? - Müdafiə Nazirliyi yeni VİDEO YAYDI

çərşənbə, 20 iyun 2018
RU EN TR
EN TR RU

İDMAN

Çempionlar Liqası: "Sevilya" "Mançester Yunayted"i qəbul edəcək

21.02.2018 09:13

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) daha iki oyun keçiriləcək. Matçlardan biri İspaniyada, digəri Ukraynada baş tutacaq. İspaniyanın Sevilya şəhərinin eyniadlı təmsilçisi Roman Sançes-Pisxuan stadionunda İngiltərənin “Mançester Yunayted” komandasını qəbul edəcək.

Avropa Liqasının sonuncu qalibi olan qonaqlar anoloji uğuru qitənin ən nüfuzlu klub turnirində də təkrarlamaq istəyirlər. İspaniya Kral Kubokunda finala vəsiqə qazanan meydan sahibləri isə mümkün qədər irəliləməyi hədəfləyiblər.

Sevilya”nın heyətində Sebastyan Korşya, Ever Baneqa və Xoakin Korreanın zədə üzündən meydana çıxması sual altındadır. “Mançester Yunayted”in isə itkiləri daha çoxdur. Zədəli Deyli Blind, Maruan Fellayni və Zlatan İbrahimoviç matçda iştirak edə bilməyəcək. Pol Poqba, Ander Errera və Markus Reşfordun oynayıb-oynamaycağı dəqiq bilinmir.

Xarkovdakı “Metallist” stadionunda isə “Şaxtyor”la İtaliya təmsilçisi “Roma” üz-üzə gələcək. Ukraynalılarla cari mövsümdə “Qarabağ”la eyni qrupda yer alan “canavarlar”ın görüşü gərgin mübarizə vəd edir.

“Şaxtyor”da Dario Srna cəzalıdır. Zədəlilər Maksim Malışev və Bernardın durumu qeyri-müəyyəndir. “Roma”da Luka Pelleqrini və Rik Karsdorp matçı buraxacaqlar. Maksim Qonalonla Alessandro Florensinin isə meydana çıxacağı dəqiqləşməyib.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

21 fevral

23:45. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

Baş hakim: Kleman Tyurpen (Fransa)

23:45. "Şaxtyor" (Ukrayna) - "Roma" (İtaliya)

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

Report

Oxundu 340