Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

DÜNYA

Ərdoğan Suriya silahlılarının Afrindən çəkilməsindən danışıb

20.02.2018 22:51

Suriya silahlıları Türkiyə ordusu artilleriyasının yaylım atəşindən sonra Afrindən geri çəkiliblər.

Bu barədə Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu gün axşam onlarla avtomobilin Afrin istiqamətində hərəkət etməsi qeydə alınıb. Lakin sonra artilleriya atəşi başlayıb və onlar qayıtmağa məcbur ediliblər”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, hər şey bununla başa çatıb.

“Dünən biz cənab Vladimir Putinlə və cənab Həsən Ruhani ilə danışıqlar aparmışıq. Bu məsələdə razılaşmamız var. Təəssüf ki, bəzi terror qruplaşmaları hərdən qeyri-düzgün qərarlar qəbul edirlər. Bu, yolverilməzdir və onlar bütün bunlara görə cavab verirlər”, - deyə o əlavə edib. oxu.az

Oxundu 304