Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Hadisəni törədən bizim əməkdaş deyil - "Araz market"dən açıqlama

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Yağışdan sonra Bakının su altında qalan ərazilərinin adları açıqlandı

20.02.2018 22:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) subasma sahələrinin müşahidə edildiyi əraziləri açıqlayıb.

Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabunçu rayonunun Savalan yaşayış massivində, “Daş karxanası” adlı yaşayış massivində, Maştağa qəsəbəsində Nizami küçəsi boyunca və ətraf ərazilərdə, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə subasma hadisələrində aktivlik müşahidə edilir:

“Subasma hadisələrinin baş verməsi əraziyə düşən atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədardır. Qrunt sularının təmizlənməsi üçün ərazidə drenaj şəbəkələri qurulmalıdır. Drenaj şəbəkəsi qrunt sularını yığır və ərazidən uzaqlaşdırır. Sadalanan ərazilərdə isə bu şəbəkə yoxdur”.
Qeyd edək ki, fevralın 18-də bütün gün ərzində Bakıda və Abşeron yarımadasında aramsız yağışlar yağıb.

Oxundu 320