Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Hadisəni törədən bizim əməkdaş deyil - "Araz market"dən açıqlama

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Sabah bu ərazilərdə qaz olmayacaq

20.02.2018 19:55

Bakının Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.

Yeniavaz.com saytı “Azəriqaz” İstehsalat Birliyinin saytına istinadən xəbər verir ki, qaz təchizatı şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükə yaradan hissələrin yenilənməsi və istehlakçıların təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə Məmməd Cəfər Cəfərov küçəsi və Asif Məhərrəmov küçələrinin kəsişməsində 530 millimetrlik iri diametrli yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar fevralın 21-də saat 10:00-dan işlər yekunlaşanadək 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələri, eləcə də Tbilisi və Heydər Əliyev prospektlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Nərimanov rayonunun qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Oxundu 386