Ermənistan və Rusiya arasında mal dövriyyəsi rekord səviyyəyə çatıb

Ermənistan və Rusiya arasında əməkdaşlığın tarixi ərzində ikitərəfli əmtəə dövriyyəsi rekord səviyyəyə çataraq 1,7 milyard dolları ötüb. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Yerevanda Ermənistan-Rusiya İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın rusiyalı həmsədri Maksim Sokolov deyib.

Onun sözlərinə görə, erməni mallarının Rusiya bazarlarına tədarük həcmi də sürətli templə artır: “Ötən il erməni mallarının Rusiya bazarlarına tədarükü 2016-cı illə müqayisədə üç dəfədən çox artıb”.

DİGƏR XƏBƏRLƏR

Top