Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Agentlikdən qarpızla bağlı XƏBƏRDARLIQ

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

DÜNYA

Şərqi Qutada 48 saatda 167 dinc sakin həlak olub

20.02.2018 18:44

Suriyada hökumət qüvvələrinin Şərqi Qutaya son 48 saat ərzində təşkil etdiyi hücumlarda 167 dinc sakin həlak olub. Yeniavaz.com-un “Anadolu” agentlyinə istinadən verdiyi məlumata görə, Suriya rejimi və ona dəstək verənlər ötən gün səhər saatlarından etibarən Şərqi Qutadakı yaşayış məntəqələrinə havadan və qurudan hücum edib. Hücumlar nəticəsində ötən gün 88, bu gün isə 79 mülki şəxs həlak olub. Müxaliflərin nəzarətində olan Şərqi Qutada 400 min dinc sakin yaşayır. Şərqi Quta Astana sazişi çərçivəsində gərginliyi azaltma zonası elan edilib. Bu arada Fransa BMT Təhlükəsizlik Şurası üzrə tərəfdaşlarını həmin bölgədə humanitar barışa nail olmaq üçün səy göstərməyə çağırıb. Rəsmi Paris Şərqi Qutanın bombardmana məruz qalmasına görə məsuliyyəti Suriya rejimi, eləcə də onun müttəfiqləri olan Rusiya və İranın üzərinə atıb.

Oxundu 322