Lavrov Ankara və Dəməşqi birbaşa dialoq qurmağa çağırdı

Afrin ətrafındakı vəziyyətlə bağlı bütün məsələlər Suriyanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Türkiyənin təhlükəsizliyin təmin edilməsi üzrə qanuni maraqları Suriya hökuməti ilə birbaşa dialoq vasitəsilə reallaşdırıla və qarşılana bilər: “Biz Türkiyənin Suriyada sərhədi boyunca baş verənlər kontekstində narahatlığını qəbul edirik. Əlbəttə ki, kürdlərin istəklərini də tanıyırıq. Lakin bu istəklər əsasında spekulyasiya cəhdlərini tanımır və buna qarşı çıxırıq. Mən xarici qüvvələrin bu istəklər üzərində spekulayasiya ilə məşğul olmaq cəhdlərini nəzərdə tuturam”.

DİGƏR XƏBƏRLƏR

Top