Dubayda 3D texnologiyasının köməkliyi ilə ilk villalar yaradılacaq

Dubayda iki ay ərzində 3D-çap texnologiyasının köməkliyi ilə yaradılmış ilk villalar peyda olacaq. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Dubay bələdiyyəsindən deyiblər. Bildirilir ki, bu cür villanın yaradılması üçün bütün zəruri avadanlıq və alətlər artıq şəhərdədir. Layihənin digər təfərrüatları barədə məlumat verilmir. 2030-cu ilədək Dubayda yeni binalar bu müasir texnologiyanın köməkliyi ilə “çap ediləcək”, bu da tikintiyə çəkilən xərcləri azaldacaq.

DİGƏR XƏBƏRLƏR

Top