Qan azlığının 10 ƏLAMƏTİ

Səhərlər yuxudan yorğun oyanırsınızsa, özünüzü halsız hiss edirsinizsə, unutqanlığınız artıbsa, saçlarınız zəifləyibsə sizdə qan azlığı ola bilər. Qan azlığının əsas səbəblərindən biri də dəmir çatışmazlığıdır. Xüsusilə qadınların böyük əksəriyyətinin ortaq problemi dəmir əskikliyi və qansızlıqdır.

Qan azlığının əlamətləri nələrdir?

- Rəng solğunluğu.

- Səhər yorğunluğu, gün ərzində halsızlıq, enerji azlığı.

- Soyuğa dözümsüzlük, normadan çox üşümə.

- Dırnaqlarda qırılma, əyilmə.

- Dildə düzləşmə, qızartı.

- Nəfəs çatışmazlığı, tez yorulma.

- Ağız kənarında çatlar yaranması.

- Əsəbilik.

- Konsentrasiya pozğunluğu.

- Tez-tez xəstələnmə, immunitet sistemində zəiflik.

Necə müalicə etməli?

- Həftədə 2-3 gün ən az 100 qram qırmızı ət yeyin.

- Həftədə bir neçə gün səhərlər yumurta yeyin.

- Həftədə ən azı 2 gün quru lobya, noxut, mərcimək yeyin.

- Yoqurt yeyin, ayran için.

- Süd məhsullarının tərkibindəki kalsium dəmir çatışmazlığının aradan qaldırılmasında böyük rol oynayır.

- Çay və qəhvə az içməyə çalışın. Xüsusilə səhər yeməyində açıq rəngli çay için, yanında da limon olsun.

Qan artıran qidalar

- Mal əti ilə yanaşı, onun qaraciyərinin qızardılıb yeyilməsi də qanı artırır.

- Göy soğan.

- İspanaq.

- Alma qurusu.

- Nar.

- Qara kişmiş.

- Bəhməz.

- Çuğundur. Həm çiy, həm də bişmiş halda yemək olar. Şirəsini içmək də çox faydalıdır.

- Qara üzüm.

- Kişmiş.

- Alma.

- Keçibuynuzu.

- Tünd yaşıl yarpaqlı tərəvəzlər.

Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top