Xətaidə "yaşıl terror": ağacları kəsib, yerində obyekt tikirlər (VİDEO)

Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

İki dövlət müəssisəsi özəlləşdirilib

20.02.2018 13:05

Bu gün Bakıda keçirilən hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyəti, 2-si kiçik dövlət müəssisəsi, 3-ü isə qeyri-yaşayış sahəsi olub. Yeniavaz.com Əmlak Məsələləri Dövlət Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu və Mərdəkan rayonlarında yerləşir. Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan ikisi Bakının Suraxanı və Nəsimi rayonunda, digəri isə Şabran şəhərində yerləşir. Səhmdar cəmiyyəti üzrə özəlləşən əmlak isə Gülşən Ətir ASC-dir.

Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac fevralın 27-də keçiriləcək. Özəlləşməyə çıxarılan 74 əmlaklardan 23-ü səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisəsi, 25-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Oxundu 302