Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”

Könül Xasıyeva: "Tək arzum övladım Kazımın toyunu görməkdir"

Günnüt kəndi işğaldan necə azad edildi? - Müdafiə Nazirliyi yeni VİDEO YAYDI

çərşənbə, 20 iyun 2018
RU EN TR
EN TR RU

GÜNDƏM

Vətəndaşların DSMF-yə 364 milyon manatdan çox borcu var - SİLİNƏCƏK

20.02.2018 12:30

“Bu qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. Bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9.4 dəfə artıb. Amma məcburi ödənilməyən borclar da var. Bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyondan çoxdur”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib. Nazir müavini bildirib ki, bunun da 282.6 milyonu əsas məbləğ təşkil edir, 81.8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir. modern.az

Oxundu 453