Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Yol polisi texniki baxış talonlarının satılmasından xəbərsizdir?

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

İDMAN

“Qarabağ”ın futbolçusu “Fənərbaxça”da!

20.02.2018 10:19

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Vəlizadə karyerasını Türkiyədə davam etdirəcək. “Fotomaç” qəzetinin məlumatına görə, 17 yaşlı yarımmüdafiəçi “Fənərbaxça” ilə anlaşıb. “Qarabağ”ın futbolçusu “sarı-lacivərdlilər”in bu ay aşağı yaş qrupuna cəlb etdiyi 8 oyunçudan biri olub. Onunla yanaşı, “Oberhauzen”dən Mete Yıldız, “Duysburq”dan Oğuzhan, “Gütersloh”dan Hüseyin, “Qalatasaray”dan Oben, “Çanakkale”dən Görkəm, “Yönköppinq”dən Andreas Kilit və klubun tanınmış futbolçulardan olmuş xorvatiyalı Milan Rapaiçin oğlu Boris Rapaiçi də İstanbul nəhəngi akademiyasına transfer edib. Turan Vəlizadə “Fənərbaxça”nın U-17 komandasında oynayacaq. O, U-19 yığmamızın ötənaykı toplanışında iştirak edib. O, baş məşqçi Vüqar Məmmədin Antalya hazırlığına apardığı heyətdə yer alıb. Qeyd edək ki, Turan Vəlizadə 2015-ci ildə də "Fənərbaxça"da çıxış edib. Lakin sonradan vətənə dönən yarımmüdafiəçi "Qarabağ"ın aşağı yaş qruplarına cəlb olunub.Apasport

Oxundu 334