Millimiz hazırlıq üçün Belarusa yollanıb

Fevralın 20-dən 25-dək gənc boksçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışı olacaq. Boks federasiyasından Yeniavaz.com-a verilən məlumata görə, milli komandamız Balakəndə başladığı hazırlıq prosesini Belarusun Qomel şəhərində davam etdirəcək. Yığmamızın baş məşqçisi Vaqif Şirinov toplanışda 15 idmançını sınaqdan keçirəcək.

Azərbaycan millisinin heyəti

49 kq: Maqsud Xasmətov, Vüqar Hüseynov
52 kq: Əflatun Babayev, Mirmehdi Mehdizadə
56 kq: Həsən İbrahimov, Əlzamin Səlimov
60 kq: Nurlan Səfərov, Nəbi İsgəndərov
64 kq: Səbuhi Abışov
69 kq: Nicat Həsənov, Məhəmməd Yusifov, Cahid Qurbanov
75 kq: Rəsul Rzayev
81 kq: Zaur Musayev
91 kq: İsmayıl Yaqubov

Bu gün səhər saatlarında səfərə yollanan millimiz Qomeldə əsasən ümumi və fiziki hazırlıq üzərində çalışacaq.

DİGƏR XƏBƏRLƏR

Top