Türkiyədə seçkilər başa çatıb: Ərdoğan 52 %-lə liderdir - YENİLƏNİB​

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

QƏRİBƏ DÜNYA

Qocalmaya qarşı mübarizənin yolu tapıldı

19.02.2018 09:36

Portuqaliyalı alimlər qocalmaya qarşı mübarizənin yeni yolunu tapıb. Yeni metod hüceyrələrdə anomal sayda xromosomların qarşısının alınması ideyasına əsaslanır.

Tədqiqatın yekunları BioRxiv.org-da dərc olunub.

Yaş ötdükcə aneuploidiya, yəni xromosom sayında dəyişikliyin baş veridiyi hüceyrələrin sayı artır. Bu prosesin insan orqanizminin qocalması ilə əlaqəli olduğu təsdiq olunub.

Beləcə, hüceyrələrin mitoz (xromosomların iki yeni nüvəyə bərabər şəkildə bölünməsi yolu ilə parçalanmasına cavab verən genlərin aktivliyi dəyişir.

Siçanlar üzərində aparılmış təcrübələrdə mitozu təmin edən mexanizmdə pozuntunun yaranması nəticəsində progeriya (Hatçinson-Gilford sindromu) əlamətləri – erkən qocalmanın baş verdiyi xəstəliyin inkişaf etdiyi ortaya çıxıb.

Alimlər uşaqdan tutmuş qocalara kimi, kişi cinsindən olan avropoidlərdə fibroplast hüceyrələrindən qocalma markerlərini təhlil edib. Məlum olub ki, qocalma Forkhead box M1 (FoxM1) faktorunun – DNT ilə bağlı olan və hüceyrələrin parçalanmasını idarə edən G2-M geninin aktivliyini tənzimləyən zülalın zəifləməsi ilə əlaqəlidir.

Tədqiqat qrupu yaşlı insanlarda və progeriya xəstələrinin hüceyrələrində Forkhead box M1 səviyyəsini artıraraq, bununla da aneuploidin meydana gəlməsini qarşısını alıb.

Nəticədə qocalma markerlərinin miqdarı aşağı düşüb. Mütəxəssislərin fikrincə, tədqiqatın nəticələri qocalmaya qarşı mübarizənin terapevtik metodlarını təsbit etməyə imkan verəcək. Oxu.az

Oxundu 502