Xətaidə "yaşıl terror": ağacları kəsib, yerində obyekt tikirlər (VİDEO)

Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Dizel və benzin istehsalı artıb

17.02.2018 20:55

2017-ci ildə ölkədə əsas növ neft emalı məhsullarının istehlakı 3,8 milyon ton olub və 2016-cı illə müqayisədə 1 faiz artıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ümumi istehlakın 34,7 faizini və ya 1 milyon 312,8 min tonunu dizel yanacağı, 34,1 faizini və ya 1 milyon 287,4 min tonunu avtomobil benzini, 9,1 faizini mazut yanacağı, 6,1 faizini neft bitumu, 4,8 faizini neft-kimya sənayesində istifadə üçün benzin, 4 faizini aviasiya üçün və sair ağ neft, 3,4 faizini maye qaz, 1,1 faizini sürtkü yağları, 2,7 faizini isə digər neft emalı məhsulları təşkil edib.

Qeyd edək ki, 2016-cı illə müqayisədə dizel yanacağının istehsalı 26,7 faiz, avtomobil benzininin istehsalı 1,8 faiz artıb.

Oxundu 320