Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Yol polisi texniki baxış talonlarının satılmasından xəbərsizdir?

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Azərbaycandan Türkiyəyə təbii qaz ixracı artıb

17.02.2018 20:16

2017-ci ildə Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Bildirilir ki, keçən il Türkiyə Azərbaycandan 6 milyard 543 milyon kubmetr təbii qaz idxal edib. Bu göstərici 2016-cı illə müqayisədə təxminən 70 milyon kubmetrədək çoxdur.

Xatırladaq ki, 2016-cı ildə Türkiyə Azərbaycandan təxminən 6 milyard 474 milyon kubmetr təbii qaz idxal etmişdi. 2015-ci ildə isə Azərbaycan Türkiyəyə ümumilikdə 6 milyard 169 milyon kubmetr qaz göndərmişdi. azertag

Oxundu 321