Xətaidə "yaşıl terror": ağacları kəsib, yerində obyekt tikirlər (VİDEO)

Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

İsrailə ixrac etdiyimiz məhsulların dəyəri 113 min dəfə artıb

17.02.2018 19:47

2018-ci ilin yanvar ayı ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumata istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 125,8 milyon dollar (ümumi idxalın 18,3%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. Yanvar ayı ərzində bu ölkələrdən müvafiq olaraq 89,1 milyon (ümumi idxalın 12,9%-i) və 65,3 milyon dollarlıq (9,5%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Belarus (55,8 milyon dollar), Almaniya (50,3 milyon dollar), Ukrayna (28,6 milyon dollar), ABŞ (26,9 milyon dollar), İran (22,4 milyon dollar), Türkmənistan (20,2 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi bu ilin yanvar ayı ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son bir ay ərzində bu ölkəyə 280,2 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 26,9%-i İtaliyanın payına düşüb. Bundan başqa İsrailə 136,4 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 13,1%-i). Həmçinin 83,4 milyon dollar dəyərində məhsul Avstriyaya satılıb. Çexiyaya 81,9 milyon dollar, ABŞ-a 69,9 milyon dollar, Kanadaya 67,4 milyon dollar, İndoneziyaya 66,2 milyon dollar, Almaniyaya 46,6 milyon dollar, Gürcüstana 39 milyon dollar, Rusiyaya 38,1 milyon dollar, Yunanıstana isə 37,8 milyon dollar dəyərində məhsul satılıb.

Məlumat üçün qeyd edək ki, ötən ilin yanvar ayı ilə müqayisədə İsrailə ixrac etdiyimiz məhsullar dəyər ifadəsində 113 min dəfə artıb. Belə ki, 2017-ci ilin yanvarında Azərbaycandan İsrailə cəmi 1,2 min dollar dəyərində məhsul ixrac edilib.

Oxundu 284