Brüsseldə ən çox istifadə edilən ad Məhəmməddir

Belçikanın paytaxtı Brüsseldə ən çox istifadə edilən adın “Məhəmməd” olduğu müəyyənləşib. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu, Belçika Statistika Komitəsinin ölkədə ötən il ən çox istifadə edilən adların siyahısından bəlli olur. Məlumata görə, kişilər arasında “Məhəmməd” adı 18 044 olmaqla Brüsseldə ən çox istifadə edilən isimdir. Qadınlar arasında isə “Fatma” adı (6 036) ən çox istifadə edilən üçünü isimdir. İlk iki yeri isə “Maria” (11 166) və “Marie” (8 048) tuturlar.

DİGƏR XƏBƏRLƏR

Top