Hollandiyanın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırıldı


Hollandiyanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Yeniavaz.com-un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, Hollandiya parlamentinin aşağı palatasının 1915-ci il hadisələrini “erməni soyqrımı” kimi tanınmasından sonra bu ölkənin müvəqqəti işlər vəkili Erik Vestsrate XİN-ə çağırılıb. XİN-in sözçüsü Hami Aksoy bəzi hollandiyalı siyasətçilərin erməni iddialarını dəstəkləyən qanun layihələrini gələn həftələrdə ölkənin Nümayəndələr Palatasına təqdim edilməsinin gündəmdə olmasından Türkiyənin narahatlığını ifadə edib. O, 1915-ci il hadisələrinin tarixi və hüquqi çərçivədən çıxarılaraq siyasiləşdirmək təşəbbüslərinin qəbuledilməz olduğunu bildirib: “Hollandiyalı siyasətçiləri Türkiyəyə münasibətdə ön mühakiməli mövqelərini nəzərdən keçirməyə və tarixi siyasiləşdirməməyə dəvət edirik. Hollandiya bu tarixi məsələnin həllinə töhfə vermək istəyirsə, Türkiyənin 2005-ci ildən bəri təkidlə təklif etdiyi Osmanlı tarixi üzrə ixtisaslaşmış elm adamlarından ibarət açıq, müstəqil müştərək tarixi komissiyasının qurulmasına dəstək verməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top