Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu

Sosial şəbəkələrdə görüntüsü yayılan polis CƏZALANDIRILDI - VİDEO

Yol polisi texniki baxış talonlarının satılmasından xəbərsizdir?

Cümə axşamı, 21 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Xaricdən gətirilən ətin 1 kiloqramı 2,6 mantdan 2,5 manata düşüb

17.02.2018 18:32

Bu ilin yanvar ayı ərzində ölkəyə 688,6 milyon dollarlıq mal idxal olunub. Ötən ay ərzində 99,2 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 21,7 milyon dolları buğdanın, 12,3 milyonu meyvə-tərəvəzin, 5,17 milyon dolları şəkərin, 8,78 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin yanvar ayı ərzində müvafiq olaraq 7,68 və 13,1 milyon dollar ödənilib.

Onu da bildirək ki, bu ilin yanvar ayı ərzində xarici ölkələrdən Azərbaycana 3 min 11,3 ton ət, 673,1 ton süd gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk ayında idxal etdiyimiz südün miqdarı 2,7 dəfə və ya 423,1 ton, ətin miqdarı isə 53,4% və ya 1048,1 ton artıb.

2016-cı ilin yanvar ayında 1 kiloqramı 1,55 dollar (2,6 manat) olan ətin gömrük dəyəri bu ilin ilk ayında cüzi ucuzlaşıb və 1,47 dollara (2,5 manat) düşüb.

Bundan başqa ötən ilin ilk ayında xaricdən idxal etdiyimiz südün 1 kiloqramının gömrük dəyəri 1,82 dollar (3,1 manat) olduğu halda, bu ilin yanvar ayında 1,43 dollara (2,4 manat) enib.

Oxundu 363