Binəli Yıldırım türk həbsxanalarında olan İŞİD-çilərin sayını açıqladı

Hazırda Türkiyə həbsxanalarında təqribən 10 min İŞİD üzvü var. Yeniavaz.com-un NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, 5800 əcnəbi silahlının Türkiyəyə girişinə icazə verilməyərək geri qaytarılıb. B. Yıldırım qeyd edib ki, onlar Avropa ölkələrindən gəlirlər: “Bundan başqa 4 min şübhəlinin ölkəmizə girişini əngəllədik. İŞİD-lə potensial əlaqəsi ola biləcək 56 300 şəxsin Türkiyəyə gəlməsinə qadağa qoyduq”.

DİGƏR XƏBƏRLƏR

Top